image-n1karobka_ads
image-123
image-280339_v6pbu5g7dzbackend

Çin Cənubi Çin dənizində hərbi təlimlər keçirəcəyini açıqlayıb

Çin iyulun 15-16-da Cənubi Çin dənizində hərbi təlimlər keçirəcək.

Bu barədə Çin Xalq Respublikasının Dəniz İşləri Administrasiyasının saytında məlumat verilib.

Cənubi Çin dənizinin müəyyən ərazilərində təlimlərlə əlaqədar gəmiçilik üçün müvəqqəti qadağa tətbiq edilir.

Manevrlər zamanı hansı qüvvə və vasitələrdən istifadə ediləcəyi açıqlanmır.

Daha əvvəl Çin Xalq Respublikasının Müdafiə Nazirliyi bəyan etmişdi ki, Rusiya və Çin arasında “Dəniz əməkdaşlığı – 2024” hərbi təlimləri iki dövlətin hərtərəfli strateji qarşılıqlı fəaliyyətini gücləndirməyə kömək edəcək.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki