Bloomberg mənbələrə istinadən xəbər verir ki, Çin hakimiyyəti öz aviaşirkətlərinə Amerikanın “Boeing” şirkətindən təyyarələr, eləcə də onlar üçün avadanlıq və ehtiyat hissələri almağı qadağan edib.
Nəşr qeyd edir ki , ABŞ prezidenti Donald Trampın Çinə tətbiq etdiyi 145%-lik rüsumlar səbəbindən Çin bundan sonra ABŞ-dan Boeing təyyarələri almayacaq.
Çin hökumətinin tələbi Pekinin keçən həftə sonu Vaşinqtona 125% tarif tətbiq etməsindən sonra gəlir.
Agentliyin fikrincə, əgər Çin Amerika təyyarələrini almaqdan imtina etməsəydi, onlar üçün ikiqat ödəniş etməli olacaqdı ki, bu da Çin aviaşirkətləri üçün praktiki deyil.
“Pekin həmçinin Çin daşıyıcılarından Amerika şirkətlərindən təyyarələr üçün bütün avadanlıq və hissələrin alınmasını dayandırmağı xahiş edib”, – deyə məlumatda məsələ ilə bağlı məlumatlı mənbələrə istinadən bildirilir.
DOĞRU.AZ