image-n1karobka_ads
image-123
image-cin-nato-nun-yeni-konsepsiyasindan-narahatdirbackend

Çin NATO sənədlərində özünün “təhdid” kimi qeyd olunmasına qarşıdır

Çin NATO sənədlərində “təhdid” kimi qeyd olunmasının əleyhinədir və hesab edir ki, alyans ona qarşı əsassız ittihamları dayandırmalıdır.

RİA Novosti xəbər verir ki , bu barədə Çinin Vaşinqtondakı səfirliyində məlumat verilib .

“Çin NATO ölkələrinin regional qaynar nöqtələrdən Çini ləkələmək və yeni Soyuq Müharibəni qızışdırmaq üçün istifadə etməsinə qəti şəkildə qarşı çıxır”, – diplomatik missiya qeyd edib.

Səfirlik həmçinin vurğulayıb ki,  Pekin Ukraynadakı münaqişə tərəflərini silahla təmin etmir.

Bundan əlavə, Çin Xarici İşlər Nazirliyi bəyan edib ki,  NATO  bütün dünyada son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır.

Eyni zamanda, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans ölkələri ABŞ-da keçirilən sammitdəki bəyanatında Çinə “ mümkün olan ən ciddi mesajı ” göndərərək, onları Rusiya ilə əməkdaşlığı dayandırmağa çağırıblar.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki