Çin Ordusu Tayvan üzərində Şərqi Çin dənizinin hava məkanına nəzarət etmək üçün hərbi təlimlər zamanı bir təyyarədaşıyan qrupunu yerləşdirib.
Bu barədə PLA Döyüş Komandanlığının Şərq Bölgəsinin nümayəndəsi, baş polkovnik Li Xi bildirib.
Oktyabrın 14-də Çin Xalq Azadlıq Ordusunun Şərq Bölgəsi Döyüş Komandanlığı “Liaoninq” aviadaşıyıcı dəstəsinin Tayvan adası üzərində Şərqi Çin dənizinin hava məkanına yerləşdirilməsini (nəzarət etmək üçün) təşkil edib.
Təlimlərdə həm qurudan, həm dənizdən, həm də havadan atəş qüvvələri tərəfindən gəmi və təyyarələrin hərəkətlərinin əlaqələndirilməsi, hava nəzarəti və dənizdən quruya zərbələrin endirilməsi məşq ediləcək.
Oktyabrın 14-də Çin Ordusu Tayvan ətrafında Birgə Qılınc 2024B təlimlərinin başladığını elan etdi. Təlimlər zamanı birgə hücumun məşq edilməsi, adanın liman və ərazilərinin bloklanması və nəzarətə götürülməsi planlaşdırılır.
Mənbə TASS