image-n1karobka_ads
image-123
image-rusiya-cinbackend

Çin-Rusiya ticarət həcmi azalıb

image-ad_qayo_720x110px

Çinin Baş Gömrük İdarəsi (GAC) Çin və Rusiya arasında ticarətin həcminin 106,48 milyard dollara qədər azaldığını açıqlayıb.

Doğru.az xəbər verir ki, TASS-ın məlumatına əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ticarət dövriyyəsi illik müqayisədə 9,1% azalaraq 106,48 milyard dollar təşkil edib.

Çindən Rusiyaya məhsulların tədarükü 8,4% azalaraq 47,16 milyard dollar, Rusiya tərəfdən Çinə idxal isə 9,6% azalaraq 59,32 milyard dollar olub.

Əvvəllər Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda (SPİEF) Rusiya məhsullarının Çinə tədarükü üzrə əməkdaşlıq haqqında razılıq əldə olunduğu bildirilib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki