image-n1karobka_ads
image-123
image-69720046ae5ac932c60e4ff0backend

Çin Rusiyaya balıq ixracını son 10 ilin maksimumuna çatdırıb

image-add-a-heading

2025-ci ilin sonuna qədər Çinin Rusiyaya balıq ixracı son on ilin ən yüksək səviyyəsinə yüksəlib.

Doğru.az xəbər verir ki, RİA Novosti bu barədə Çin Baş Gömrük İdarəsinin məlumatlarına istinadən məlumat yayıb. Statistikaya əsasən, Çindən Rusiyaya ixrac edilən balığın ümumi dəyəri bir il əvvəlki 141,1 milyon dollar göstəricisi ilə müqayisədə artaraq 188,3 milyon dollara çatıb.

Qeyd olunur ki, bu rəqəm 2015-ci ildən bəri qeydə alınan ən yüksək göstəricidir.

Məlumata görə, 2025-ci ildə tədarüklərin əsas hissəsini 132,6 milyon dollar dəyərində dondurulmuş balıq təşkil edib. Balıq filesinin ixracı 52,6 milyon dollar, qurudulmuş balığın ixracı isə 2,9 milyon dollar səviyyəsində qiymətləndirilib.

Mütəxəssislər bu artımı Çin–Rusiya ticarət əlaqələrinin genişlənməsi və ərzaq məhsullarına tələbatın yüksəlməsi ilə əlaqələndirirlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki