image-n1karobka_ads
image-123
image-688737f0ae5ac96c660d8582backend

Çin Ukraynanı səhvlərini düzəltməyə çağırıb

image-ad_qayo_720x110px

Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Quo Jiakun Ukraynanın Çində qeydiyyatda olan fiziki və hüquqi şəxslərə qarşı tətbiq etdiyi sanksiyalara münasibət bildirib.

Doğru.az xəbər verir ki, diplomat bu addımı qəbuledilməz adlandıraraq Kiyevi səhvlərini dərhal düzəltməyə çağırıb: “Çin Ukraynanı səhvlərini dərhal düzəltməyə və mənfi nəticələri aradan qaldırmağa çağırır”.

Quo Jiakun əlavə edib ki, Çin şirkətlərinin qanuni hüquqları qətiyyətlə qorunacaq və ölkəsi beynəlxalq hüquqla əsaslandırılmayan istənilən birtərəfli sanksiyalara qarşıdır.

Xatırladaq ki, bundan əvvəl Çin Ticarət Nazirliyi Avropa İttifaqının 18-ci sanksiyalar paketinə qarşı cavab tədbirləri görəcəyini bəyan etmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki