Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian bəyan edib ki, Çin tərəfi təhlükəsizlik təminatları çərçivəsində Ukrayna ərazisinə sülhməramlılar göndərmək niyyətində deyil.
Doğru.az xəbər verir ki, Lin Jian Die Welt qəzetində yayılan məlumatları təkzib edərək, Çinin Ukrayna məsələsində mövqeyinin aydın və ardıcıl olduğunu vurğulayıb.
Daha əvvəl qəzet Pekinin BMT mandatı altında Ukraynaya sülhməramlı göndərməyə hazır olduğunu iddia etmişdi.
DOĞRU.AZ