Çin və Cənubi Afrika hesab edir ki, Rusiya-Ukrayna münaqişəsi siyasi yolla – dinc danışıqlar yolu ilə həll edilməlidir.
Doğru.az TASS-a istinadən xəbər verir ki, bu barədə Çin Prezidenti Si Cinpin və CAR prezidenti Siril Ramafosa arasında Pekində keçirilən danışıqların yekunları üzrə iki ölkənin birgə bəyanatında deyilir.
“Hər iki tərəf inklüziv dialoq və sülh danışıqlarının böhranın davamlı həllini tapmaq üçün yeganə mümkün siyasi yol olduğu barədə razılığa gəliblər” dedi.
Əvvəllər Pekin Vaşinqtonu münaqişəni gərginləşdirmək əvəzinə, Ukrayna böhranına son qoymaq üçün birgə işləməyə çağırıb.
Eyni zamanda, ABŞ Milli Təhlükəsizlik rəhbərinin köməkçisi Ceyk Sallivan qeyd edib ki, ÇXR və ABŞ Ukrayna məsələsində irəliləyişə nail ola bilməyiblər.
DOĞRU.AZ