Çin Belarusla strateji tərəfdaşlığı gücləndirməyə hazırdır.
TASS yazır ki, bunu Çinin xarici işlər naziri Vanq Yi Pekində belaruslu həmkarı Maksim Rıjenkovla görüşdə deyib.
“Çin iki dövlət başçılarının əldə etdiyi mühüm konsensusun həyata keçirilməsi üçün Belarusla əməkdaşlığa hazırdır”, – deyə Çin nümayəndəsi bildirib.
Bundan əvvəl Rusiyanın baş prokuroru İqor Krasnovun tapşırığı ilə Moskvada Çinin Ali Xalq Prokurorluğunun nümayəndələri ilə görüş keçirilib.
Mənbə TASS