image-ads_n1karobka_mobile
image-668cffc802e8bd234d1f83d7backend

Çin Xarici İşlər Nazirliyi: NATO bütün dünyada son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır

image-add-a-heading

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib ki, Şimali Atlantika Alyansı bütün dünyada son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır.

“NATO-nun təhlükəsizliyi başqalarının təhlükəsizliyi hesabına təmin edilir. Alyansın hərəkətləri bütün dünya və region üçün son dərəcə yüksək təhlükəsizlik riskləri yaradır”, – deyə RİA Novosti onu sitat gətirir .

Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, Pekin alyans üzvlərinin Çinə qarşı böhtan və ittihamlar səsləndirməsinə, habelə Çindən Şərqə, Asiya-Sakit Okean regionuna keçmək və orada vəziyyəti gərginləşdirmək üçün bəhanə kimi istifadə edilməsinə qarşıdır.

Daha əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, NATO sammitində Ukraynaya dəstək və Çinə qarşı müxalifəti müzakirə edəcək.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki