image-n1karobka_ads
image-123
image-oo_945935-pic_32ratio_1200x800-1200x800-13863backend

Çində unikal yeni mağara hörümçək növü aşkar edilib

Quançjoudakı Gannan Normal Universitetinin çinli zooloqları Floronia huishuiensis adlı yeni kiçik hörümçək növünü kəşf ediblər. Buğumayaqlılar Çinin cənub-şərqindəki Bayan mağarasında yaşayır.

Araşdırma ZooKeys elmi jurnalında dərc olunub.

Aşkar edilmiş canlılara yaşayış yerlərinin yerləşdiyi Quizhou əyalətindəki eyniadlı mahalın şərəfinə Huishui cırtdan hörümçək adı verilib. Alimlərin fikrincə, başqa bölgələrdə bu növə hələ rast gəlinməyib.

Adından göründüyü kimi, Huishui hörümçəkləri çox kiçikdir – onların bədən uzunluğu təxminən 25 millimetrdir. Bədənin rəngi qara-ağ, ayaqları sarı-qəhvəyidir. Araxnidlər torlarını toxuduqları yerdə böyük qayaların altında gizlənməyə üstünlük verirlər.

Mənbə: Haberler.com

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki