image-ads_n1karobka_mobile
image-img_20220825_103105_765backend

ÇL: “Trabzonspor” bacarmadı, Emrelinin komandası qrupa vəsiqə qazandı!

Bu gün UEFA Çempionlar Liqasında pley-off görüşlərinə yekun vurulub.

Doğru.Az xəbər verir ki, ikinci oyun günündə keçirilən 3 cavab qarşılaşması ilə qrup mərhələsinin bütün iştirakçıları bəlli olub.

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) klubu Xorvatiyada Norveçin “Budyo Qlimt” komandasını sınağa çəkib. Zaqreb təmsilçisi ilk matçda 0:1 hesabı ilə uduzub. Mahir start “11-lik”də yer almasa da 60-cı dəqiqədə meydana daxil olub.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Trabzonspor” Danimarkada 1:2 hesabı ilə məğlub olduğu “Kopenhagen”i qəbul edib. Türkiyədəki oyun qolsuz bərabərliklə bitib və “Kopenhagen” istəyinə çatıb.

PSV isə Niderlanda Şotlandiya “Reyncers”i ilə münasibətlərinə aydınlıq gətirib. Qlazqodakı ilk görüşdə heç-heçə edən (2:2) tərəflərin ikinci duelindən minimal hesablı qələbə ilə ayrılan şotlandlar qrupda oynamaq hüququ qazanıb.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

24 avqust

“Dinamo” (Zaqreb, Xorvatiya) – “Budyo Qlimt” (Norveç) 4:1

Qollar: Orşiç, 4. Petkoviç, 35. Drmiç, 117. Boçkay, 120 – Saltnes, 70, İlk oyun – 0:1

“Trabzonspor” (Türkiyə) – “Kopenhagen” (Danimarka) 0:0 İlk oyun – 1:2

PSV (Niderland) – “Reyncers” (Şotlandiya) 0:1

Qol: Çolak, 60 İlk oyun – 2:2


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki