Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) “İlin radio artisti” seçilib.
Axşam.az xəbər verir ki, bu barədə ifaçı sosial media hesabında yazıb.
Coni “Jara media” tərəfindən bu mükafata layiq görülüb. Müğəni açıqlayıb ki, ilk dəfədir bu nominasiyada mükafat alır.
“Bu mükafatı aldığıma görə çox şadam. Bu nominasiyada heç vaxt qalib gəlməmişəm. Kolleksiyama daha bir mükafat daxil oldu” deyə, ifaçı yazıb.
DOĞRU.AZ