Rusiyada tanınan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) növbəti fərqli fotosessiyası ilə gündəmə gəlib.
Doğru.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi qaranlıq havada geyimli şəkildə dənizə daxil olub və həmin anları lentə aldırıb.
İnstaqramda paylaşdığı fotolara Coni bu qeydi əlavə edib: “Dəniz narahatdır, mən isə yox.”
Görüntülər qısa müddətdə izləyicilər tərəfindən maraqla qarşılanıb və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
DOĞRU.AZ