image-2000x150px
image-123
image-ads_atlas
image-cop29hostbackend

COP29-la bağlı vergi güzəştlərinin tətbiqi təsdiqləndi

image-728x90px

Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.

Bununla bağlı qanun layihəsi Milli Məclisin mayın 21-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə əlaqədar malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlər, COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında onun tərəfindən qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad olunur.

Həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla bağlanılmış müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiqedici sənədi əsasında malların idxalı 2024-cü il martın 1-dən 9 ay müddətinə vergidən azad edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki