Moskva yaxınlığındakı Crocus City Hall konsert zalında törədilən terror aktını araşdırmaq üçün üç dildə tərcümə edən 16 tərcüməçi istintaqa cəlb olunub.
Doğru.az xəbər verir ki, bu barədə TASS agentliyi istintaq materiallarına istinadla məlumat yayıb.
Bildirilir ki, tərcüməçilər tacik, inquş və ingilis dillərindən rus dilinə və əks istiqamətlərdə tərcümə işlərini yerinə yetiriblər. Onların iştirakı təqsirləndirilən şəxslərin rus dilini mükəmməl bilmədikləri səbəbilə zəruri hesab edilib.
Eyni zamanda, tərcüməçilər beynəlxalq sorğular üçün sənədlərin hazırlanmasında digər ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq çərçivəsində də fəaliyyət göstəriblər.
İş materiallarında qeyd olunur ki, terror aktını törədən şəxslərdən biri – Səidəkram Raçabalisodu – 2018-ci ildə Rusiyadan deportasiya olunub. Digər müttəhim – Umedjon Soliyev isə Tacikistanda silahlı soyğunçuluğa görə axtarışda olub və Rusiyada gizlənib.
DOĞRU.AZ