image-ads_n1karobka_mobile
image-image_940x_69b4009a019b9backend

Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK- yeni ünvanlar HARA OLACAQ?

image-add-a-heading

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.

Bəs hansı universitetlərin köçürülmə ehtimalı yüksəkdir?

Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Ajans.az-a açıqlama verib.

O bildirib ki, Prezidentin müvafiq sərəncamına əsasən, “Bakı şəhərinin 2050-ci ilə qədər” olan planına uyğun olmalıdır. Əsas yeri də məhz universitetlərin paytaxtdan kənara köçürülməsidir. Üstəlik universitetlərin kampuslarının yaradılması və yataqxanaların inşası da burada yer alır.

Ekspertin sözlərinə görə, köçürülmə prosesində tələbələrin akademik göstəriciləri də nəzərə alınacaq. Həmçinin, tələbələrin gələcəkdə iş və tətbiq sahələrindəki fəaliyyəti də önəm daşıyır.

Bakı şəhəri ərazisində tıxac problemi də qismən həll oluna bilər. Çünki sıxlığın əsas hissəsini tələbə kontingenti təşkil edir.

Elçin Əfəndi açıqlayıb ki, universitetlər köçürülərkən, yol infrastrukturuna təsir edənlər birinci plana  keçəcək. Həmçinin, Bakının mərkəz ərazilərində yerləşən universitetlər bura daxil ediləcək.

Universitet köçürülərkən, digər şəhərin ərazisi də dəqiqləşdiriləcək. Məsələn, Gəncə, Mingəçevir, Sumqayıt şəhərlərində universitet olsa da, o ərazilərə də köçürülmə olacaq. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Şamaxı şəhəri və ətraf istiqamətlərdə universitetlərin köçürülməsi  üçün şəraitlər mövcuddur.

Sonda ekspert deyib ki, Azərbaycanda tələbə sayının çoxluğu ilə seçilən universitetlər sırasında Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilklərdə yer alır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki