image-ads_n1karobka_mobile
image-screenshot_20260311_125717_gallerybackend

Demokrat.az-ın 8 yaşı tamam olur

image-add-a-heading

Bu gün Azərbaycanın populyar xəbər portallarından biri olan Demokrat.az saytının fəaliyyətə başlamasının 8 ili tamam olur.

Portalın əsası 2018-ci il martın 11-də qoyulub. Qısa müddət ərzində özünəməxsus üslubu və operativ xəbərləri ilə seçilən sayt ölkənin media məkanında özünə xüsusi yer qazanıb.

Hazırda Demokrat.az ölkənin tanınmış media ailələrindən biri olan Demokrat Media şirkətinin tərkibində fəaliyyət göstərir. Portal yarandığı ilk gündən obyektiv və müstəqil informasiya siyasətinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinin səsini çatdırmağı qarşısına məqsəd qoyub.

Sayt həmçinin Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən Media Reyestrindən keçən ilk internet resurslarından biri olmaqla yanaşı, onlayn media subyektlərinin inkişafı ilə bağlı keçirilən müsabiqələrin qalibləri sırasında da yer alıb.

Doğru.az kollektivi bu əlamətdar gün münasibətilə Demokrat.az kollektivini səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətlərində uğurlar və yeni nailiyyətlər arzulayır.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki