image-ads_n1karobka_mobile
image-1491838backend

Tünzalə Ağayeva cəmiyyətə çağırış etdi – VİDEO

image-add-a-heading

Xalq artisti Tünzalə Ağayeva ARB TV-də yayımlanan “Sən olsaydın” verilişinin qonağı olub.

Doğru.az xəbər verir ki, pop ulduz söhbət əsnasında maariflənmə mövzusuna toxunub və cəmiyyətin yaxşı işləri dəstəkləməsinin vacibliyini vurğulayıb.

Sənətçi bildirib ki, ağıllı və mədəni layihələrə daha çox diqqət ayrılmalıdır:

“​Ağıllı, gözəl, Azərbaycan dilini, ədəbiyyatını qoruyan, bizi biz edən və utandırmayan bütün işlərə dəstək olmalıyıq. Yaxşı filmlər, seriallar, verilişlər, əsərlər, operalar, baletlər olmalıdır. Heç olmasa həftədə, ayda bir dəfə valideyn deməlidir ki, uşağımı teatra, kitabxanaya aparıram. Biz şikayət edə bilmərik ki, bizim cəmiyyət maarif həyatı yaşamır. Yaşayır, sadəcə internetdə baş verənlərin iştirakçısı olmamalıyıq. Bayağını paylaşmamalıyıq”.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki