image-ads_n1karobka_mobile
image-j0na9ahigssg5sgenj5v9b2okpeq8etwqqbuho1k_1200backend

İlham Əliyev görüş keçirdi – FOTO

image-add-a-heading

Martın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Jelka Tsviyanoviç ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, söhbət zamanı Prezident İlham Əliyevin Jelka Tsviyanoviçlə görüşləri məmnunluqla xatırlanıb, ölkələrimiz arasında münasibətlərin genişlənməsi qeyd edilib, müxtəlif sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Jelka Tsviyanoviç ənənəvi olaraq keçirilən Qlobal Bakı Forumunda bir neçə dəfə iştirak etdiyini bildirib.

Görüşdə XIII Qlobal Bakı Forumunun əhəmiyyətinə toxunulub, bu tədbirin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib. Forumda, həmişə olduğu kimi, bu dəfə də, xüsusilə dünyada hazırkı vəziyyət fonunda çox aktual qlobal məsələlərin müzakirə edildiyi vurğulanıb.

DOĞRU.AZ 

image-1773304436_1773303909_17733038661977361130_1200x630


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki