image-ads_n1karobka_mobile
image-hq720backend

Müğənni İlqar Sadıqovdan ayrılıq mahnısı – VİDEO 

image-add-a-heading

Müğənni İlqar Sadıqov dinləyicilərinə yeni musiqi işi təqdim edib. Yeni mahnı “Məndən bu qədər” adlanır.

Doğru.az xəbər verir ki, mahnının musiqisi Fərid Kərimli, sözləri isə Kamran Qafarlı tərəfindən yazılıb. Mahnının aranjmanı Elvin Musayevə məxsusdur.

Musiqi işinin mix və masterinqi Ağası Nəsirov tərəfindən hazırlanıb. Mahnıya çəkilən klip isə Bahti Baba tərəfindən lentə alınıb.

Emosional sözləri və təsirli melodiyası ilə seçilən “Məndən bu qədər” ayrılıq və həyatın qaçılmaz reallıqlarından bəhs edir. Mahnının sözlərində sevginin bitməsi, yolların ayrılması və insanın bu vəziyyətlə barışması təsvir olunur.

Yeni musiqi işi artıq dinləyicilərin ixtiyarına verilib və qısa müddətdə sosial şəbəkələrdə maraqla qarşılanıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki