image-2000x150px
image-123
image-ads_atlas
image-img_20220424_102738_903backend

Cüdoçularımız ilk gündə 2 qızıl medal qazandı

image-728x90px

Azərbaycan milli yığma komandası üçün Dubrovnik şəhərində keçirilən Avropa Kubokunun ilk yarış günü müvəffəqiyyətlə başa çatıb.

Doğru.Az xəbər verir ki, Xorvatiyanın Dubrovnik şəhərində keçirilən böyüklər arasında Avropa Kuboku turnirinin ilk yarış günündə Azərbaycan milli komandası aktivinə 2 qızıl və 1 bürünc medal qazandırıb. Belə ki, 66 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İsmayıl İbrahimov italiyalı rəqibi Leanardo Valeriyanini məğlub edərək qızıl medala sahib olub. 73 kq çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev italiyalı rəqibi Qabriyele Sulli üzərində qələbə qazanaraq yarışı qızıl medalla başa vurub. 60 kq çəki dərəcəsində yarışan idmançımız Nazir Talıbov niderlandlı Bart Velinqə qalib gələrək bürünc medal qazanıb.

DOĞRU.AZ 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki