image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210323_162459_542backend

Cüdoçularımızın heyəti müəyyənləşib

image-728x90px

Doğru.az  xəbər verir ki, Tiflisdə baş tutacaq “Böyük dəbilqə” turnirində mübarizə aparacaq Azərbaycan komandasının heyəti müəyyənləşib.

 

Martın 26-da start götürəcək turnirdə kişilər arasında Oruc Vəlizadə, Kəramət Hüseynov (hər ikisi 60 kq), Yaşar Nəcəfov (66 kq), Murad Fətiyev, Zelim Tskayev (hər ikisi 81 kq), Aslan Mirzəyev (100 kq), Uşangi Kokauri (100 kiloqramdan yuxarı) mübarizə aparacaqlar.

 

Qadınların yarışlarında isə Aişə Qurbanlı, Leyla Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Şəfəq Məmmədova (hər ikisi 52 kq) güclərini sınayacaqlar.

 

Qeyd edək ki, yarış martın 28-dək davam edəcək.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki