image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210730_115246_941backend

Cüdoda son ümid

image-728x90px

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

“Doğru.az”-ın xəbərinə görə, milliləşdirilmiş ukraynalı idmançı +78 kq çəkidə yarışır. O, ilk görüşünü 1/8 finalda Bosniya və Herseqovina cüdoçusu Larisa Tseriçə qarşı keçirib. Rəqibinə ipponla qalib gələn Kindzerska 1/4 finala yüksəlib. Bu mərhələ onun rəqibi Cənubi Koreya idmançısı Mi Jin Han olub.

O, bu görüşdə də ipponla qalib gələrək yarımfinala yüksəlib. Bu mərhələdə cüdoçumuz 2019-cu ilin dünya çempionu Akira Sone (Yaponiya) ilə qarşılaşacaq. Yarımfinal, final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar bu gün Bakı vaxtı ilə saat 12.00 – 14.50 arasında keçiriləcək. İ.Kindzerska cüdo yarışlarında sonuncu təmsilçimizdir.

Bundan əvvəl mübarizəyə qoşulmuş 8 cüdoçumuzun heç biri medal qazana bilməyib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki