image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-9backend

Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi

image-728x90px

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Oxu.Az nazirliyin saytına istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-nin Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər bir kilometr hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki