image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210607_105654_689backend

Daha 3 cüdoçumuz mübarizəyə başlayır

image-728x90px

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulacaq.

Doğru.az xəbər verir ki, kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq. Şıxəlizadənin ilk rəqibi Lyütsian Dumitreski (Rumıniya) olacaq.

Səfərov mübarizəyə İrlandiya təmsilçisi Natan Bernsə qarşı görüşlə start verəcək. Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitska – Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək. Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki