image-2000x150px
image-123
image-ads_atlas
image-img_20210321_084604_983backend

Daha bir güləşçimiz lisenziya qazandı

image-728x90px

Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində yarımfinal görüşünə çıxıb.

“Doğru.az”ın məlumatına görə, 87 kq-da yarışan idmançı final yolunda isveçrəli Ramon Betşart ilə üz-üzə gəlib.

Rəqibini məğlub edən Abbasov yarışın həlledici qarşılaşmasına vəsiqə qazanmaqla yanaşı, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya da əldə edib.

Bu, Azərbaycanın yunan-Roma güləşi üzrə ilk olimpiya lisenziyasıdır.

85 kq-dakı Murad Məmmədov isə yarımfinalda Almaniya təmsilçisi Etienne Kinsinqerə uduzmaqla lisenziya şansını əldən verib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki