image-2000x150px
image-123
image-ads_atlas
image-bna-avtobus-marsurutbackend

Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək

image-728x90px

Daha bir müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək 

Doğru.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

AYNA tərəfindən sərnişindaşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər davam etdirilir.

Fevralın 17-dən metronun “20 Yanvar” stansiyasını Abşeron rayonunun Masazır kəndi ilə əlaqələndirən 142 nömrəli şəhərətrafı müntəzəm marşrut xətti nağdsız ödəniş sistemi ilə fəaliyyət göstərəcək.

Qeyd edək ki, “BakuBus” MMC yanvarın 21-dən Bakı-Sumqayıt marşrut xətti üzrə fəaliyyətə başlayan avtobuslarında da ödəniş nağdsız olaraq həyata keçirilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki