image-2000x150px
image-123
image-ads_atlas
image-1714446909-1040859-lacinbackend

Daha bir qrup sakin Laçına gedir – FOTO

image-728x90px

Bu gün Laçın şəhəri və Zabux kəndinə növbəti köç karvanı yola düşüb.

Doğru.az Azərtac-a istinadən xəbər verir ki, bu mərhələdə Laçın şəhərinə daha 21 ailə – 65 nəfər, Zabux kəndinə isə 2 ailə – 4 nəfər köçürülür.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 16 ailə (48 nəfər) paytaxtın Qaradağ rayonundan yola salınıb.

Ağcabədi, Kürdəmir və Beyləqan rayonlarında məskunlaşmış 7 ailə (21 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşulacaq.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 493 ailənin, yəni 1838 nəfərin, Zabux kəndində 217 ailə, 823 nəfərin daimi məskunlaşması təmin edilib.

DOĞRU.AZ

image-41523_6yldslo010

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki