image-2000x150px
image-123
image-ads_atlas
image-18198_2a8vvsy2uobackend

Daha bir toy dayandırıldı, restoran sahibi 4000 cərimələndi – FOTO

image-728x90px

Göygöl rayon Polis Şöbəsinə (RPŞ) rayon ərazisində yerləşən “Helendorf” restoranında toy mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Doğru.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə mərasimin keçirilməsinin qarşısı alınıb, iştirakçılar barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Sanitar-epidemioloji normaları pozan şəxslərlə profilaktik söhbətlər aparılaraq xüsusi karantin rejim qaydaları izah olunub, 29 nəfər saxlanılan şəxs barəsində inzibati qaydada tədbir görülüb.

Restoran sahibi barəsində isə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib edilərək 4000 manat miqdarında cərimə edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki