ABŞ tərəfindən Qrenlandiyaya mümkün işğal cəhdi olacağı təqdirdə Danimarka Silahlı Qüvvələri xəbərdarlıq etmədən dərhal atəş açmaq və məhv etmək barədə 1952-ci il hərbi təlimatına uyğun hərəkət edəcək.
Doğru.az xəbər verir ki, bu barədə The Telegraph məlumat yayıb. Qeyd olunur ki, Danimarka Müdafiə Nazirliyi sözügedən 1952-ci il hərbi qaydalarının hələ də qüvvədə olduğunu təsdiqləyib.
Sənədə əsasən, hərbçilər yuxarı instansiyalardan əlavə əmr gözləmədən və vəziyyəti dəqiqləşdirməyə vaxt itirmədən istənilən işğalçı qüvvəyə qarşı dərhal əks-hücuma keçməlidirlər.
Bu isə o deməkdir ki, Danimarka qoşunları xəbərdarlıq məqsədilə havaya atəş açmayacaq, birbaşa döyüş əməliyyatlarına başlayacaqlar.
Xatırladaq ki, daha əvvəl Avropa İttifaqının ABŞ tərəfindən Qrenlandiyanın potensial ələ keçirilməsinin qarşısını almaq üçün adada hərbi birləşmələrin yerləşdirilməsi imkanlarını müzakirə etdiyi bildirilmişdi.
DOĞRU.AZ




























