image-n1karobka_ads
image-123
image-17302026715650630718_1200x630backend

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin sədri vətəndaşlarla görüşəcək

image-ad_qayo_720x110px

Noyabrın 6-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova publik hüquqi şəxsin inzibati binasında (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 135) Bakı şəhərindən olan vətəndaşlarla görüşəcək.

Əmlak Məsələləri Dövlət Xidmətindən Doğru.az-a bildirilib ki, saat 11:00-dan etibarən keçiriləcək qəbulda vətəndaşlar daşınmaz əmlakın qeydiyyatı, kadastrı və digər aidiyyəti məsələlərlə bağlı müraciət edə bilərlər.

Görüşdə iştirak etmək istəyənlər (012)-5108430 (daxili:7265) və 055 3036127 nömrəli telefonlarla, həmçinin, dedkr.baki@emlak.gov.az və rsalmanli@emlak.gov.az elektron ünvanları vasitəsilə noyabrın 5-dək müraciət edib qeydiyyatdan keçə bilərlər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki