image-2000x150px
image-123
image-ads_atlas
image-fb_img_1697098404612backend

Daun sindromlu uşaqların əl işləri ilə tanış olduq və uğurlar arzuladıq – Fotolar

image-728x90px

11 oktyabr tarixində Daun sinromlu uşaqlar üçün təşkil edilmiş xeyriyyə tədbiri keçirildi. Tədbir “Founder Women Club”-nun təşkilatçılığı ilə həyata keçirilib.
Daun sindromu, xromosom sayındakı fərqlə meydana çıxan bir xromosom anomaliyasıdır. Normalda biz öz valideynlərimizin hər birindən 23 xromosom alır və cəmi 46 xromosoma sahib oluruq. Daun sindromlularda bu xromosom sayı 21-ci cüt xromosomda 2 deyil, 3 olmaqla, cəmi 47 xromosom olur və tibbi ədəbiyyatda 21-ci xromosomun trisomiyası da adlandırılır. Hüceyrə bölünməsi zamanı yanlış bölünmənin nəticəsində 21-ci xromosomda bir xromosomun artıqlığı ilə meydana gələn bu xromosom anomaliyası yüngül və ya orta səviyyəli zehni və fiziki geriliyə səbəb olur.
Daun sindromu bir xəstəlik deyil. Daun sindromundan əziyyət çəkən insanlar sadəcə daha çox diqqət və qayğı istəyirlər.

Mən də fürsətdən istifadə edərək Daun sindromlu uşaqların fərqinə varmağa, onların böyümə və inkişafın tam potensialına çatmaları, cəmiyyətə inteqrasiya oluna bilmələri üçün dəstək göstərməyə səsləyirəm.

Daun sindromu olan bir çox uğurlu və məşhur insanlar var.
Meqan Mak Kormik- Meqan ABŞ-da Texniki Universiteti fəxri dərəcəylə bitirən ilk məzundur.Valentino Querrero-Valentino 2012-ci ildə dünyanın ən gənc və ən məşhur modellərindən biri oldu. Məşhur rəqqasə Ayelen Barrerio, Pablo Pinado-38 yaşlı İspaniyalı Pablo Avropa universitetində təhsilini bitirən ilk Daun sindromlu insandır. Müəllimliklə yanaşı həm də aktyordur. Anqea Beşillier-2013-cü ildə Anqela ilk olaraq bələdiyyə üzvü seçilib. Hazırda İspaniyada bələdiyyədə işləyir. Eli Reymer Everest zirvəsinə çıxan ilk Daun sidromlu insan, Daun sindromlu gənc basketbolçu Qroesser Oven və s.

“Sağlamlığın Qorunması” İctimai birliyi olaraq biz də Daun sindromlu, autizmli şəxslərə dəstək tədbirləri, maarifləndirici seminarlar həyata keçiririk və bundan sonra da hər zaman dəstəyə hazırıq.
Bu tədbirin keçirilməsində “Founder Women Club”-nun rəhbəri İradə xanıma və təşkilati dəstəyə görə Zərifə xanıma təşəkkür edirəm.

DOĞRU.AZ

image-fb_img_1697098406971 image-fb_img_1697098409203 image-fb_img_1697098412193 image-fb_img_1697098414955 image-fb_img_1697098417535 image-fb_img_1697098420431

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki