image-n1karobka_ads
image-123
image-din-bina-1backend

Daxili işlər naziri Oğuz rayonunda vətəndaş qəbulu keçirəcək – FOTO

image-ad_qayo_720x110px

İyunun 25-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Oğuz Rayon Polis Şöbəsinin inzibati binasında Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının sakinlərini qəbul edəcək.

Nazirliyin Mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı iyunun 24-dək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

DOĞRU.AZ

image-17174858574217559453_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki