image-2000x150px
image-img_20210909_115358_899backend

DÇ-2022: İtaliya və Almaniyadan böyükhesablı qələbə, İngiltərə qalib gələ bilmədi!

image-728x90px

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VI tura yekun vurulub.

Doğru.az xəbər verir ki, son oyun günündə 5 qrupda 12 qarşılaşma baş tutub.

Günün ilk görüşü J qrupunda oynanılıb. Lixtenşteyni qəbul edən Ermənistan rəqibi ilə bacarmayıb – 1:1. Bu qrupun digər oyunlarında Almaniya səfərdə İslandiyanın qapısından 4 cavabsız top keçirib, Rumıniya isə Şimali Makedoniya ilə qolsuz heç-heçəyə razılaşıb.

B qrupunda İspaniya səfərdə Kosovonu məğlub edib. İsveç isə Yunanıstana uduzub. C qrupunda İtaliya evdə Litvanı darmadağın edib. İsveçrə isə səfərdə Şimali İrlandiyanın müqavimətini qıra bilməyib.

E qrupunda Belçika Rusiyanın Kazan şəhərində keçirilən matçda Belarusa çətinliklə qalib gəlib. Uels – Estoniya oyununda isə qalib müəyyənləşməyib. Gecənin maraqlı görüşlərindən biri I qrupunda olub. Polşa millisi doğma meydanda İngiltərə yığmasını sınağa çəkib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bu qrupun digər oyunlarında Macarıstan Andorranı, Albaniya isə San Marinonu yenib.

DÇ-2022, seçmə mərhələ

VI tur

8 sentyabr

B qrupu

22:45. Kosovo – İspaniya – 0:2

Qollar: Pablo Fornals, 32, Ferran Torres, 90

22:45. Yunanıstan – İsveç – 2:1

Qollar: Anastasios Bakasetas, 62, Vangelis Pavlidis, 78 – Robin Kvayson, 80

Xal durumu: İspaniya – 13 (6 oyuna), İsveç – 9 (4), Yunanıstan – 6 (4), Kosovo – 4 (5), Gürcüstan – 1 (5)

C qrupu

22:45. Şimali İrlandiya – İsveçrə – 0:0

22:45. İtaliya – Litva – 5:0

Qollar: Moyze Kin, 11; 29, Edqaras Utkus, 14 (avtoqol), Cakomo, Raspadori, 24, Covanni Di Lorentso, 54

Xal durumu: İtaliya 14 (6 oyuna), İsveçrə – 8 (4), Şimali İrlandiya – 5 (4), Bolqarıstan – 5 (5), Litva – 0 (5)

E qrupu

22:45. Belarus – Belçika – 0:1

Qol: Dennis Prat, 18

22:45. Uels – Estoniya – 0:0

Xal durumu: Belçika – 16 (6 oyuna), Çexiya – 7 (5), Uels – 7 (4), Belarus – 3 (5), Estoniya – 1 (4)

I qrupu

22:45. Macarıstan – Andorra – 2:1

Qollar: Adam Salai, 9 (penalti), Endre Botka, 18 – Maks Lyovera, 82

22:45. Albaniya – San Marino – 5:0

Qollar: Rey Manay, 32, Kyazim Lyaçi, 58, Armando Broya, 61, Elseid Hüsay, 68, Mürto Uzuni, 80

22:45. Polşa – İngiltərə – 1:1

Qollar: Damian Şimanski, 90+2 – Harri Keyn, 72

Xal durumu: İngiltərə – 16, Albaniya – 12, Polşa – 11, Macarıstan – 10, Anorra – 3, San Marino – 0

J qrupu

20:00. Ermənistan – Lixtenşteyn – 1:1

Qollar: Henrix Mxitaryan, 45+5 (penalti) – Noa Frik, 80

22:45. Şimali Makedoniya – Rumıniya – 0:0

22:45. İslandiya – Almaniya – 0:4

Qollar: Serj Qnabri, 4, Antonio Rudiger, 24, Leroy Sane, 56, Timo Verner, 89

Xal durumu – Almaniya, 15, Ermənistan – 11, Rumıniya – 10, Şimali Makedoniya – 9, İslandiya – 4, Lixtenşteyn – 1

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki