image-2000x150px
image-123
image-ads_atlas
DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındıbackend

DÇ-2022-nin seçmə mərhələ oyunları təxirə salındı

image-728x90px

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin mart ayına nəzərdə tutulan oyunlarını təxirə salıb.

Doğru.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bu ay keçirilməli olan oyunlarda iştirak edəcək Cənubi Amerika futbolçularını koronavirus səbəbindən vaxtında toplamaq mümkün olmayacaq. Avropanın bir sıra aparıcı klubları koronavirus pandemiyası səbəbindən tətbiq edilən səyahət məhdudiyyətlərinə görə futbolçularını milli komandalara buraxmaq istəmir. Bu səbəbdən yerli federasiyaların da istəyi ilə qarşılaşmaların təxirə salınması qərara alınıb. Təxirə salınmış qarşılaşmaların nə vaxt keçiriləcəyi hələ müəyyənləşməyib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki