Fransa Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi general Pyer de Vilyer Sud Radiosuna verdiyi açıqlamada bildirib ki, Ukrayna Rusiya ilə münaqişədə hərbi yolla qalib gələ bilməyəcək.
Doğru.az xəbər verir ki, o deyib: “Ukrayna bu müharibəni hərbi yolla qazana bilmir. Buna görə də biz sülhə doğru irəliləməliyik. Xüsusilə ərazi baxımından ədalətli bir sülh”.
Bir müddət əvvəl Berliner Zeitung qəzeti Ukraynadakı xüsusi əməliyyatın Avropaya ciddi zərbə vurduğunu yazmışdı. Doğru.az xəbər verir ki, Polşanın Baş naziri Donald Tusk isə Avropa ölkələrini silahlanmağa davam etməyə çağırıb və bildirib ki, zəif və parçalanmış Avropanı heç kəs ciddiyə almayacaq.
DOĞRU.AZ




























