Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Doğru.az xəbər verir ki, qəza Muğanlı–İsmayıllı avtomobil yolunun Qırlar kəndi ərazisində axşam saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Hadisə nəticəsində sürücü, 1994-cü il təvəllüdlü Orucov Faiq Şükür oğlu ağır xəsarət alıb. Avtomobildə olan 2002-ci il təvəllüdlü, Balakən rayon sakini Orucova Kəmalə isə hadisə yerində ölüb.
Qəza zamanı xəsarət alan digər şəxslər təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar. Faktla bağlı aidiyyəti qurumlar araşdırma aparır.
Mənbə: APA.az




























