Rusiyanın Orsk şəhərində göyərtəsində iki kursant olan Diamond tipli təlim təyyarəsi qəzaya uğrayıb.
Ajans.az SHOT teleqram kanalına istinadən xəbər verir ki, hava gəmisi səhər saat 10:40 radələrində radarlardan itib.
Məlumata əsasən, təyyarə Canatalap kəndi ərazisində qəzaya uğrayıb. İki nəfərlik təlim təyyarəsinin Novikov adına Leninqrad Akademiyasına məxsus olduğu bildirilir.
Hadisə yerinə təcili yardım və xilasedici xidmətlər cəlb olunub. Hazırda kursantların taleyi barədə rəsmi məlumat yoxdur. Araşdırma aparılır.
DOĞRU.AZ




























