image-n1karobka_ads
image-123
image-17321711624760512926_1200x630backend

Dəniz xüsusi təyinatlıları “SAT-SAS-2024” təlimində iştirak edirlər – FOTO

image-ad_qayo_720x110px

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan və Türkiyə respublikalarının Hərbi Dəniz Qüvvələrinin (HDQ) sualtı hücum və sualtı müdafiə bölmələri ilə qardaş ölkədə “SAT-SAS-2024” birgə təlimi keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, Türkiyə Respublikasının Marmaris şəhərinin Aksaz dəniz bazasında keçirilən birgə təlimdə dəniz xüsusi təyinatlıları hədəf gəmilərinin zəbt edilməsi üzrə tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirib.

Təlimin növbəti günlərində plana əsasən, hər iki ölkənin xüsusi təyinatlı bölmələri quru və dəniz döyüş taktikalarının işlənməsi, helikopterdən enmə üsullarının yerinə yetirilməsi, şərti sahil ərazisinin zəbt edilməsi, partlamamış döyüş sursatlarının və dəniz minalarının axtarışı, eləcə də məhv edilməsi üzrə tapşırıqları icra edəcəklər.

Qeyd edək ki, birgə təlim noyabrın 29-dək davam edəcək.

DOĞRU.AZ

image-17321711622047251277_1200x630 image-1732171162234309290_1200x630 image-1732171162463218661_1200x630 image-17321711621614163512_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki