image-ads_n1karobka_mobile
image-1616239806-680712-din-450x250backend

Dezinformasiya yayan 10-a yaxın şəxsə xəbərdarlıq edilib

image-add-a-heading

“Aparılan antiterror tədbirləri keçirilən zonada mülki şəxslərin və obyektlərin təhlükəsizliyinin qorunması polis tərəfindən icra olunur”.

Bunu brifinqdə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, ermənilər sosial şəbəkələrdə yalandan məlumat yayırlar ki, vəziyyət onların xeyrinədir:

“Lakin bu belə deyil. Hazırda itkilərlə bağlı dezinformasiyalar yayılır. Lazımsız informasiyalar yayan 10-a yaxın şəxs nazirliyə dəvət olunaraq onlarla profilaktik söhbətlər aparılıb”.

O, əhaliyə yayılan informasiyalara diqqət yetirməmək barədə xəbərdarlıq edib.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki