Mayın 21-də ayrı-ayrı vətəndaşların bank kartlarından müxtəlif kiber üsullarla ümumilikdə minlərlə manat vəsait oğurlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, zərərçəkmişlərdən 6300, 4700, 2766, 2167, 1056, 1000, 624, 600, 450, 387, 300, 170 və 100 manat məbləğində pullar oğurlanıb.
DİN vətəndaşlara ciddi xəbərdarlıq edir:
“Bank kartının üzərindəki CVV/CVC kodları, SMS vasitəsilə göndərilən OTP kodları məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vurula bilər.”
Nazirlik qeyd edir ki, şübhəli zənglər və mesajlarla gələn “cəlbedici qazanc”, “sığorta”, “viza dəstəyi”, “bank hesabının möhkəmləndirilməsi” və ya “ödəniş təklifləri” kimi vədlərə qarşı vətəndaşlar diqqətli olmalıdır. Naməlum şəxslərlə yazışma və danışıqdan uzaq durmaq, bu cür əlaqələri dərhal bloklamaq tövsiyə olunur.
Doğru.az olaraq vətəndaşları diqqətli olmağa və bank kartı məlumatlarını heç kimlə paylaşmamağa çağırırıq.
DOĞRU.AZ