image-n1karobka_ads
image-123
image-62373d1499c78backend

DİN: Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb

İyulun 3-də ölkə ərazisində qeydə alınan 15, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin üstü polis əməkdaşları tərəfindən açılıb.

Bu barədə Doğru.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olan ümumilikdə 33 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 28 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmin gün ərzində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı isə 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki