image-n1karobka_ads
image-123
image-17070315341837254401_1200x630backend

DİN-də çalışmaq istəyənlərin NƏZƏRİNƏ: Müsabiqə var

image-ad_qayo_720x110px

Daxili İşlər Nazirliyi (DİN) Post-patrul xidmətində (PPX) kiçik rəis heyəti vəzifələrinə qəbulla əlaqədar müsabiqə elan edib.

Doğru.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, müsabiqədə ali və ya orta təhsilli, yaşı 20-dən 26-dək, boyu 180 santimetr və daha hündür, hərbi xidmət keçmiş, əvvəllər özü və yaxın qohumları məhkum olunmamış, polis orqanlarında xidmətə uyğun kişi cinsli vətəndaşlar iştirak edə bilərlər.

İştirakçıların sağlamlıq vəziyyəti, biliyi, fiziki hazırlığı yoxlanılacaq.

Ali təhsilli, kompüter avadanlıqları ilə işləmək qabiliyyətinə malik və xarici dillərdən azı birini sərbəst bilən vətəndaşlara üstünlük veriləcək.

İştirak etmək istəyən şəxslər elektron ərizə formasını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları: (012) 590-94-12; (012) 590-93-45; (012) 590-92-37; (012) 590-97-52.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki