Yasamal rayonu ərazisində bir evdən 708 manat pul, mobil telefon və bank kartı oğurlanıb. Zərərçəkən dərhal polisə müraciət edib.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, Yasamal RPİ 26-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan tədbirlərlə 26 yaşlı L.Xudaverdiyeva müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, rayon ərazisində baş vermiş digər bir oğurluq zamanı itirilmiş bank kartından 495 manatlıq alış-veriş edən 47 yaşlı P.Sultanova da polis tərəfindən tutulub.
Araşdırmalar davam edir və hadisənin digər təfərrüatları müəyyənləşdirilir.
DOĞRU.AZ




























