İyulun 8-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 23,2 kiloqramdan artıq narkotik vasitə və 37 ədəd psixotrop tərkibli həb müsadirə olunub.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bundan əlavə, yabanı halda bitmiş, ümumi çəkisi 3 tondan artıq olan 7655 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.
Nazirlik bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərinin davam etdirildiyini bildirib.
DOĞRU.AZ