image-2000x150px
image-123
image-ads_atlas
image-17051527403551124879_1200x630backend

DİN hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına çağırış edib – FOTO

image-728x90px

Yanvarın 14-16 tarixlərində paytaxt, eləcə də respublikanın magistral yollarının buz bağlama ehtimalı var.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Doğru.az“-a bildirilib ki, sürücülər sürət həddini hava şəraitinə uyğun tənzim etməli, ötmə əməliyyatından və qəfil manevrlərdən çəkinməlidir. Təcrübəsi az olan sürücülərin buz bağlayan yollarda avtomobil idarə etmələri tövsiyə edilmir.

Hava şəraiti ilə əlaqədar DİN tərəfindən ölkə polisinə müvafiq tapşırıq və göstərişlər verilib, zərurət yaranacağı təqdirdə xidmətə əlavə canlı qüvvə və texnikanın çıxarılması təmin olunacaq.

“Vətəndaşlardan xahiş edirik ki, hava şəraiti ilə əlaqədar qaydalara əməl etsinlər”, – məlumatda deyilir.

DOĞRU.AZ

image-17051527405459145300_1200x630image-17051527403551124879_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki