image-n1karobka_ads
image-123
image-17364878812711433350_1200x630backend

DİN: Lənkəranda 11 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

image-ad_qayo_720x110px

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, 33 yaşlı Turgut Nağıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Doğru.az-a verilən məlumata görə, həmin şəxsdən tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 11 kiloqram marixuana aşkarlanıb.

Araşdırmalarla T.Nağıyevin narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi müəyyən edilib. Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki