image-ads_n1karobka_mobile
image-814faa5c-a01d-302c-ba64-cdc62160ec43_850backend

DİN: Ötən gün 29 cinayətin üstünün açılması təmin olunub

image-add-a-heading

Oktyabrın 7-də ölkə ərazisində qeydə alınan 23, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Doğru.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 62, o cümlədən borclu şəxs qismində axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki